Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Dünya / Fransada aksiyalarda 855 nəfər saxlanılıb

Fransada aksiyalarda 855 nəfər saxlanılıb

Fransada pensiya islahatına qarşı keçirilən nümayişlər zamanı 855 nəfər saxlanılıb.
Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərin yalnız ikisi azad edilib. Bundan əvvəl Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran bildirmişdi ki, Fransa hökuməti pensiya islahatlarına görə tətil edən zavodun işçilərini məcburi şəkildə işə cəlb edir.

Paris meriyası parlamentdə səsvermədən yan keçərək hakimiyyət tərəfindən qəbul edilmiş pensiya islahatının səbəb olduğu Fransa paytaxtında etirazların nəticələrini aradan qaldırmaq üçün böhran qərargahı açıb.

Həmçinin oxuyun

Ukrayna Ali Radası Gürcüstanın adını dəyişdirdi

Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Qərara əsasən, rəsmi …