Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Fransa silkələnməyə davam edir – VİDEO

Fransa silkələnməyə davam edir – VİDEO

Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, ölkə üzrə etiraz aksiyalarında iştirak edən 130 nəfər saxlanılıb.

Daha öncə Parisdə 35 nəfərin saxlanıldığı deyilirdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, yüzlərlə etirazçı bu gün Yelisey çöllərində toplaşaraq prezident sarayına doğru hərəkət etməyə cəhd göstəriblər. Lakin polis gözyaşardıcı qazdan istifadə edərək onları qovub.

Xatırladaq ki, “sarı jiletlər” adlı hərəkat bütün Fransa üzrə yanacaq qiymətlərinin qaldırılmasına etiraz olaraq kütləvi aksiyalar həyata keçirir. Aksiya zamanı prezdent Emanuel Makronun istefası da tələb olunur.

Yanvarın 1-dən Fransada benzinin qiymətləri litr üçün 2,9 avrosent, dizelinki isə 6,5 avrosent qalxmalıdır.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …