Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Fransa Senatının üzvü Natali Quledən Azərbaycana böyük dəstək: – “Ürəyimizdə hiss etdiyimiz Qarabağ…”

Fransa Senatının üzvü Natali Quledən Azərbaycana böyük dəstək: – “Ürəyimizdə hiss etdiyimiz Qarabağ…”

AzTV-nin əməkdaşı, tanınmış tele-jurnalist Elnar Məmmədli müəllifi və aparıcısı olduğu “Hədəf” verilişində Fransa Senatının üzvü Natali Qule ilə onlayn bağlantı ilə müsahibə götürüb.

Fransa parlamentinin bir sıra ermənipərəst deputatlarının Senata qondarma “DQR”-in tanınmasıyla bağlı qanun layihəsi təqdim etmələri barədə suala cavab verən xanım Qule deyib ki, 3 həftə əvvələ qədər Fransada ermənilərdən başqa heç kəs Qarabağın harada olduğunu bilmirdisə, bu gün hamı bilir. Çünki ermənilər hər şeyi bir-birinə qatıblar, erməni lobbisi fəallaşıb və bu ölkədə fərqli fikrin eşidilməsi çox çətinləşib.

Elnar Məmmədlinin Fransanın Minsk qrupunun həmsədrlərindən biri olaraq neytral möövqe tutmalı olması ilə bağlı sualına cavab olaraq, erməni lobbisinin aktivliyindən və parlamentarilərə təsir etmələrindən danışan Natali Qule sözünün sonunda deyib ki, çox tezliklə Qarabağı ürəyi ilə hiss etməklə yanaşı, gözləri ilə görəcəyinə də ümid edir.

Fransa prezidenti E. Makron başda olmaqla, bir sıra rəsmilərin və parlamentarilərin Azərbaycana münasibətdə qərəzli mövqe tutduqları bir zamanda, Senat üzvü Natali Qulenin bu səmimi sözləri ürəklərimizə su səpir. Demək ki, Fransada heç də hamı ermənipərəst deyil.

Belə lazımlı fəaliyyət və informasiya hadisəsi üçünsə “Hədəf” layihəsini təbrik etmək olar.

Elnar Məmmədovun Fransanın Minsk qrupunun həmsədrlərindən biri olaraq neytral mövqe tutmalı olması ilə bağlı suala cavab olaraq, erməni lobbisinin aktivliyindən və parlamentarlata təsir etmələrindən danışan Natali Qule sözünün sonunda deyib ki, çox tezliklə Qarabağı ürəkləri ilə hiss etməklə yanaşı, gözləri ilə görəcəyinə də ümid edir.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …