Ana səhifə / Dünya / Fransa DİN rəhbərindən haram tələb: “Halal ət qadağan edilsin!..”

Fransa DİN rəhbərindən haram tələb: “Halal ət qadağan edilsin!..”

Paris yaxınlığındakı məktəblərdən birində  “islamçı” kimi təqdim edilən terrorçu tərəfindən tarix müəlliminin  öldürülməsindən sonra Fransa Daxili İşlər naziri Jerald Darmanen bu ölkədə halal ət satışının qadağan edilməsi kimi  sərsəm bir tələb irəli sürüb.
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. “Halal ət supermarketlərdə satılır. Bu məhsul üçün ayrıca rəflər ayrılmışdır. Bu praktikanı dayandırmağın vaxtı gəldi”-deyə nazir “BFM” telekanalına verdiyi müsahibədə gülünc fikirlər səsləndirib. 
Diqqəti cəlb edən odur ki, fransız səlahiyyətliləri nazirin absurd təklifindən imtina etməyə tələsiblər. 
“Bu şəxsi fikirdir, supermarket rəfləri kabinet prioriteti deyil”- deyə Fransa hökumətin bir rəsmisi bildirib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …