Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Frankofoniyanın İrəvan sammiti rüsvayçılıqla fiaskoya uğradı

Frankofoniyanın İrəvan sammiti rüsvayçılıqla fiaskoya uğradı

Məlumdur ki, bugünlərdə İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti keçirilir. Ancaq dünya bir daha gördü ki, digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əminamanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyyatdır.

Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə, Fransa Prezidenti E.Makronla təşkilatın baş katibi Mişel Jan qarşıdurmasının şahidi oldu. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Jan-Makron qarşıdurması olmayaraq, eyni zamanda, Makron və Kanada Baş naziri Justin Tridönün ambisiyalarının toqquşmasıdır. Aydındır ki, müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya Təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Ancaq sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.

Diplomatiya tarixində görünməyən hadisədir ki, təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi “Twitter” hesabından açıqlama etdi.

Təşkilatın baş katibi M. Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyini ala bilmədiyinə görə İrəvandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamalar verdi. Onlardan bəzilərinə baxaq.

Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və propaqanda üzrə ixtisaslaşmış fransız mediası baş katibin təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etdiyi, 500.000 avro xərcləyərək iqamətgahını təmir etdirdiyi, xarici səfərlərdə çoxlu pul xərclədiyi barəsində yazdı və sair.

Sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək əsl biabırçılıq idi. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Nəticədə tam fiaskoya uğradı.

BFT-nin aparıcı (bəlkə də ən əsas) qüvvəsi olan Fransa təşkilatın yeni baş katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 000 qurban) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi. Fransanın keçmiş prezidenti N.Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımda rolunu, üstüörtülü də olsa, qəbul edib. Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olub. Ruandada məlum hadisələrdən sonra, 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunub və Birləşmiş Krallıqla heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda “British Commonwealth”in üzvü olub.

Böyük ziddiyyətdir ki, rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin “fransız dili amili” üzərində qurulmuş təşkilata başçılıq etməsi münasib bilinir. Frankofoniyanın rüsvayçı iflası barədə yeni materiallarımız olacaq.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …