Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / “Ford” 15 mindən çox avtomobili geri çağırıb

“Ford” 15 mindən çox avtomobili geri çağırıb

“Ford” Rusiyada 15 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin mayından 2014-cü ilin dekabrınadək satılmış “Kuqa” və “C-Max” modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar silindr bloku başlığının qızması ilə əlaqədardır.

Bu qüsurun korpusda çatların yaranmasına və yağ sızmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …