Cümə axşamı , May 23 2019
Ana səhifə / Dünya / Finlandiyada rəssam azərbaycanlı qaçqının yanağını prezidentin yanağına “yapışdırdı”

Finlandiyada rəssam azərbaycanlı qaçqının yanağını prezidentin yanağına “yapışdırdı”

Finlandiyada prezident Sauli Niinistyonun mozaika rəsminin hazırlanmasında iştirak edən rəssam Pyayvi Koskinen azərbaycanlı qaçqının yanağını prezidentin yanağına “yapışdırıb” və bununla ölkəsində mühacirlərə qarşı dözümlülük mesajı verməyə çalışıb. Virtualaz.org xəbər verir ki, bu fakt prezidentin rəsmi mozaika fotosunun təqdim olunmasından bir neçə həftə sonra ortaya çıxıb.

“Yle” qəzetinin yazdığına görə jurnalistlər diqqət yetiriblər ki, prezidentin mozaika-fotosunda başqa portretdən element istifadə olunub. Məlum olub ki, prezidentin yanağı əslində özünün deyilmiş və Azərbaycandan Finlandiyaya mühacirət edib sığınacaq almağa çalışan Sadiq Bəhruzun yanağı imiş.

Rəssam Koskinen bildirib ki, o azərbaycanlı qaçqınla bir il əvvəl tanış olub və əhvalatını dinləyəndə sarsılıb. Belə ki, Sadiq Bəhruz Finlandiyada özünə iş tapıb, təhsil alıb, fin dilini öyrənib. Ancaq onun sığınacaqla bağlı müraciəti iki dəfə rədd edilib. Rəssam bir il əvvəl Bəhruza və yoldaşlarına Əfqanıstan pasportu üçün pulsuz foto çəkib. O vaxt azərbaycanlı mühacir sığınacaq almaq üçün sonuncu şansından istifadə etməyə hazırlaşırdı.

“O, bizim dili bilirdi və bir çox finlərdən daha çox könüllülük fəaliyyəti ilə məşğul olurdu. Ürəyim parçalandı, çünki ona heç nə ilə kömək edə bilmədim. Bu vaxt məndən prezidentin portreti üçün element hazırlamağı xahiş etdilər. Təsadüfən əlimə həmin yanaq keçdi. Mən bununla prezidentə xatırlatmaq istədim ki, daha multikultural və dözümlü Finlandiya üçün xalqa nümunə ola bilər”-rəssam deyib.

Finlandiyanın 12-ci prezidentinin rəsmi portretinin yaradılması üzərində 100-ə yaxın rəssam, incəsənət xadimi, o cümlədən qrafik-rəssamlar, heykəltaraşlar, fotoqraflar iştirak edib. Onlardan hər biri portret üçün 7.5×10 sm. ölçüsündə element hazırlayıb. Daha sonra elementlər birləşdirilib.

Həmçinin oxuyun

Baş Nazir 16 dəqiqəyə istefa verdi

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən …