Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / FETÖ-yə qarşı əməliyyat: 223 şübhəli hərbçi saxlanıldı

FETÖ-yə qarşı əməliyyat: 223 şübhəli hərbçi saxlanıldı

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Azvision.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində baş tutan əməliyyatda fəaliyyətdə olan 223 gizir saxlanılıb.

Onlardan 100-ü Quru Qoşunlarında, 41-i Hava Qüvvələrində, 32-i Dəniz Qüvvələrində, 46-ı Jandarma, 4-ü Sahil Təhlükəsizlik Xidmətində xidmət edir.

Qeyd edək ki, əməliyyat İstanbulun 41 rayonunda və Şimali Kipr Türk Cümhuriyyətində həyata keçirilib.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …