Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / FETÖ MİT-in əməliyyatlarından qorxuya düşdü: Gülən xəbərdarlıq etdi (VİDEO, FOTO)

FETÖ MİT-in əməliyyatlarından qorxuya düşdü: Gülən xəbərdarlıq etdi (VİDEO, FOTO)

Son dönəmdə Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) ölkə xaricində apardığı əməliyyatlar FETÖ-çuları qorxudub.

Musavat.com-un Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən verdiyi xəbərə görə, Fətullahçı Terror Təşkilarının tanınmış siması olan Əmrə Uslu Türkiyənin hüdudlarından kənarda fəaliyyət göstərən təşkilat üzvlərinin aparılan əməliyyatlardan sonra nələr edəcəkləri ilə bağlı özünün twitter hesabında yazıb. O, “olduğunuz yerləri tərk edin” deyə təşkilat üzvlərinə xəbərdarlıq edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “onlar qaçacaq, biz qovacağıq, harada olurlarsa olsunlar, hamısını tapıb gətirəcəyik və ölkəmizdə hesaba çəkəcəyik” –mesajından sonra Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ölkə xaricində yeni əməliyyatlara başlayıb.

Gülənin “diqqətli olun” mesajı…

FETÖ lideri Fətullah Gülənin təşkilat mənsublarına xitabən dediyi “hər kəs diqqətli olsun, onlar hər yerdə dolaşırlar” – sözləri qruplaşmanın qorxu içində olduğunu açıq şəkildə sərgiləyir.

“Əgər sizi yolda getdiyiniz yerdə götürsələr, bunun üçün heç nə edə bilməzsiniz. Amma sizi tuta bilməyiblərsə, o yerdən qaça bilibsinizsə, onların işini asanlaşdırmamaq üçün açıq-aşkar şəkildə ortalıqda dolaşmamağınız gərəkir” – deyə sözlərinə davam edən FETÖ lideri bildirib ki, onlar (MİT əməkdaşları) hər yerdədilər.

Emre Uslu ile ilgili görsel sonucu

FETO-çu Uslunun “qorxu” tviti

Fətullahçı Terror Təşkilatının üzvü və “media koordinatoru” Əmrə Uslu son olaraq yaşanan gəlişmələrin ardından sosial media hesabından təşkilat mənsubu olan şəxslərin yaxalanmamaq üçün nə etməli olduqları ilə bağlı liderlərinin mesajını çatdırıb.

O, Gülənin “olduğunuz yerləri tərk edin” əmrini paylaşaraq, bir daha FETÖ mənsublarına xəbərdarlıq edib.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …