Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / FETÖ-çu zabit homoseksual çıxdı! – Vəkili ilə “iş başında” yaxalandı…

FETÖ-çu zabit homoseksual çıxdı! – Vəkili ilə “iş başında” yaxalandı…

Silivridə FETÖ-çü zabit vəkili ilə homoseksual əlaqə zamanı tutulub

Çevriliş cəhdində aktiv iştirak edən və ömürlük həbs cəzası verilən keçmiş bölük komandiri Semih Barbaros Üstün, görüş otağında həm vəkili, həm də əmisi oğlu olan A.B.O ilə biabırçı vəziyyətdə tutulub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı otaqdakı kameradan yayınan cütlük şübhə çəkib. Bu səbəblə təhlükəsizlik məmurları otağa girib və Üstün ilə O.-nu cinsi əlaqədə olarkən tutublar.

Üstün haqqında Silivri Cumhuriyyət Prokurorluğu tərəfindən cinsi istismar istintaqı başladılıb. Üstün ilə biabırçı vəziyyətdə tutulan vəkil haqqında istintaq başladılması üçün Ədliyyə Nazirliyi vasitəsilə İstanbul barosuna müraciət olunub. Baro icazə versə, vəkil haqqında məhkəməyə müraciət olunacağı bildirilib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …