Sosial şəbəkədə biz:
Fərəh Pəhləvidən Xameneinin öldürülməsi haqda: Sistemin süqutu...
Xəbər Şəkli

Fərəh Pəhləvidən Xameneinin öldürülməsi haqda: Sistemin süqutu...

04 March 2026, 08:15
Dünya

İranın sonuncu şahının dul həyat yoldaşı Fərəh Pəhləvi ölkədə baş verən hadisələrə münasibət bildirib.

Bu barədə AFP məlumat yayıb.

O deyib ki, İranın ali lideri Əli Xameneinin zərərsizləşdirilməsi "tarixi əhəmiyyətli" hadisədir, lakin bu, mövcud sistemin süqutu demək deyil.

1979-cu il İslam inqilabından sonra Fransada yaşayan Fərəh Pəhləvi bildirib ki, hakimiyyətin mərkəzi fiqurunun aradan götürülməsi sistemin dərhal dağılması anlamına gəlmir. Onun sözlərinə görə, həlledici məqam İran xalqının qanunun aliliyinə əsaslanan dövlətə sülh yolu ilə keçid ətrafında birləşə bilməsidir.

Fərəh Pəhləvi əlavə edib ki, oğlu Rza Pəhləvi bu prosesə hazırlaşır.