Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Fantastika reallaşır: sükansız və əyləcsiz maşın gəlir

Fantastika reallaşır: sükansız və əyləcsiz maşın gəlir

Amerikanın ən böyük avtomobil istehsalçılarından olan General Motors (GM) insanların ən fantastik ideyalarını reallaşdırmağa hazırlaşır. 

Sputnik Azərbaycan konsernin rəsmi saytına istinadən xəbər verir ki, GM 2019-cu ildə sükansız maşın istehsal etməyə hazırlaşır.
Şirkət “Chevrolet Bolt” elektromobilinin əsasında “Cruise AV” avtomobilinin kütləvi istehsalını nizamlamaq niyyətindədir.

CM-in prezidenti Den Amman bildirib ki, avtomobilin üzərində 1,5 il iş aparılıb. Onun sözlərinə görə, bu, idarəçilik elementləri — sükan və əyləclərin olmadığı ilk avtomobildir. Avtomobilin prototipini artıq San-Fransisko və Finiks küçələrində test edirlər.

Qeyd edək ki, GM-dən əlavə Uber taksi servisi, Volvo, Ford, Jaguar Land Rover, Volkswagen avtokonsernləri, elcə də İlon Maskın Tesla şirkəti pilotsuz maşın hazırlığı ilə məşğuldur.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …