ABŞ-ın hazırkı Prezidenti Donald Trampın “Facebook” və “İnstagram” səhifələri bərpa olunub.
Bu barədə “İnterfax” məlumat yayıb.
Daha əvvəl “Facebook”un rəhbəri Mark Zukerberq vəzifəsindən ayrılana qədər Trampın səhifələrinin blokda qalacağını yazmışdı.
ABŞ liderinin “Twitter” hesabı isə blokda qalmaqda davam edir.
Xatırladaq ki, Tramp “Twitter”dən digər sosial şəbəkələrdən daha fəal istifadə edib.