Şənbə , Fevral 4 2023
Ana səhifə / Dünya / “Facebook” 725 milyon dollar ödəyəcək

“Facebook” 725 milyon dollar ödəyəcək

Facebook, Instagram və WhatsApp-ın sahibi Meta Platforms üçüncü tərəflərin istifadəçilərin şəxsi məlumatlarına daxil olmasına icazə verməklə bağlı kollektiv məhkəmə iddiasını bağlamaq üçün 725 milyon dollar ödəməyə razılıq verib.
Bu “Meta”nın indiyə qədər kollektiv məhkəmə iddiasını həll etmək üçün ödəyəcəyi ən yüksək məbləğdir.
“Meta”nın kollektiv məhkəmə iddiasını bağlamaq üçün ödəyəcəyi bu təzminat federal məhkəmənin təsdiqinə təqdim ediləcək.
Metanın verdiyi açıqlamada, sözügedən iş üzrə razılaşmada heç bir təqsirin qəbul edilmədiyi bildirilib. Bu razılaşmanın ictimaiyyətin və səhmdarların mənafelərinə uyğun ən yaxşı yol olduğu vurğulanıb.Qeyd edək ki, data analiz şirkəti “Camdbridge Analytica” 2016-cı ilin noyabrında ABŞ-da keçirilən prezident seçkiləri və 2016-ci ilin iyununda Avropa İttifaqının referendumuna təsir etmək üçün Facebook-un 87 milyon istifadəçisinin icazəsiz şəxsi məlumatlarını topladığı iddia olunub. 2018-ci ilin aprelində ortaya çıxan bu ittihamlar qlobal böhrana səbəb olub. Bakupost.az

Həmçinin oxuyun

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır – Zurabişvili

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”. Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg” …