Ana səhifə / Dünya / “Eurovision”un qalibi israilli oldu – Netanyahu qalmaqallı bəyanat verdi

“Eurovision”un qalibi israilli oldu – Netanyahu qalmaqallı bəyanat verdi

Azərbaycan niyə “uğur qazana bilmədi? Murad Arif: ”Mahnımız, səhnəmiz mənasız idi…”

Artıq bir “Eurovision” mahnı müsabiqəsi də  geridə qaldı. Portuqaliyanın paytaxtı Lissabonda keçirilən, sayca 63-cü müsabiqənin budəfəki qalibi İsrail təmsilçisi oldu. Belə ki, Netta “TOY” mahnısı ilə 529 xal toplayaraq ölkəsini birinci yerə sahib etdi.

Qeyd edək ki, bu, müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin 4-cü qalibiyyətidir. Beləliklə, “Avroviziya-2019″ İsraildə baş tutacaq. Yarışmadan dərhal sonra isə bu ölkənin baş naziri Binyamin Netanyahu qalmaqallı bəyanat verib. O, öz tvitter səhifəsində yazıb: ”Netta, sən İsrailə böyük şöhrət gətirdin. Növbəti il – Qüdsdə!”

Binyamin Netanyahu ile ilgili görsel sonucu

Onun bu açıqlaması müsəlman ölkələrində müzakirələrə səbəb olub. Ekspertlər də qeyd edir ki, Netahyahunun bu açıqlaması xüsusən də Fələstin və İsrail arasında gərginliyi artıra bilər.

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bununla bağlı “Yeni Müsavat”a danışdı: “Mənə elə gəlir ki, yaranacaq gərgin vəziyyətdə təhlükəsizlik baxımından minlərlə turisti, ”Eurovision” iştirakçılarını Qüdsə dəvət etmək çox risklidir, hətta inanmıram ki, dövlətlərin əksəriyyəti bu səbəbdən oraya gəlməyə razılıq versin. Amma indiki vəziyyətdə belə bəyanatın verilməsi qarşıdurmaya, konfliktin güclənməsinə xidmət edən bir addımdır”.

*****

Öz ölkəsini birinci edən Netta haqqında isə bildirək ki, o,  22 yanvar 1993-cü ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olub. Netta uşaq yaşlarında ikən ailəsi ilə birlikdə Nigeriyaya köçüb və orada dörd il yaşadıqdan sonra İsrailə geri dönüb. İsrail Silahlı Qüvvələrində məcburi xidmətdən öncə Barzilay könüllü olaraq Nahalda xidmət göstərib və daha sonra İsrail Dəniz Qüvvələrində hərbi xidmətini başa vurub.

2017-ci ildə Netta Barziliya İsrailin IPBC telekanalının müsabiqə üçün təşkil etdiyi “HaKokhav HaBa -2018″ adlı milli seçim turunda iştirak edib. Uzun sürən seçim turlarında Brazilay Rihanna, Kristina Agilera, Keşa və digər dünya ulduzlarının mahnılarını səsləndirib. Nəticədə yarışmada qalib gələrək, Netta Barzilay İsraili Portuqaliyanın paytaxtı Lissabonda keçirilən ”Eurovision”da təmsil etmək hüququ qazanıb. Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Netta 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 7-ci nömrə altında çıxış edib. Nəticədə ifaçı 283 xalla yarımfinalda birincilik əldə edərək, müsabiqənin finalına yüksəlib.

*****

Bəs Azərbaycan niyə müsabiqədə uğur qazana bilmədi?

Ölkəmiz bu müsabiqədə finala keçməməsi ilə yadda qalıb. Təmsilçimiz Aysel Məmmədova (Aisel) “X my heart” mahnısı ilə yarımfinalda 1-cı çıxış etməsinə baxmayaraq uğur qazana bilməyib. Əksəriyyət ifaçının istedadlı olduğunu qeyd edərək, bu məğlubiyyəti yalnız uğursuz mahnı seçimi ilə əlaqələndirir. Hansı ki, hələ müsabiqə başlamazdan əvvəl əksəriyyət mahnın ölkəmizə uğur gətirməyəcəyini bildirirdi. Hətta bukmeykeylər də Azərbaycanın bu mahnı ilə 10-luğa düşməyəcəyini proqnozlaşdırmışdı. Sonradan adı çəkilən mahnı sosial şəbəkələrdə tənqid olunduğu üçün kompozisiyasında dəyişiklik edilmişdi. Yəni mahnının giriş hissəsi daha da elektronikləşdirilmişdi.

Xatırladaq ki, “X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb. Lakin göründüyü kimi, mahnı ölkəmiz üçün uğurlu olmadı.

Murad Arif ile ilgili görsel sonucu

Mövzu ilə bağlı  bəstəkar-müğənni, teleaparıcı Murad Arif “Yeni Müsavat”a danışdı: “Bildiyiniz kimi, lap əvvəldə İsrail təmsilçisinin qalib olacağını proqnoz vermişdim. Bundan əvvəl də verdiyim proqnozlar düz çıxmışdı”.

Murad Arif ölkəmizin hansı səbəbdən uğur qazanmamasına da toxundu: “Əsas səbəb təşkilat komitəsinin əvvəlki illərdə olduğu kimi, həvəsli olmamasıdır. Yeni metodlar, sistemlər, adamlar axtarılmır. Yeni resursları, bəstəkarları, yazarları, rəqqasları cəlb etmək lazımdır. Halbuki ”Avroviziya” Azərbaycan üçün yeni metod yarada bilərdi. Biz həmişəki kimi pul töküb əcnəbiləri aldıq. Ümumiyyətlə isə bu məsələ ilə aidiyyəti olan insanlar məşğul olsa, yaxşıdır… Bizim budəfəki mahnımız, səhnəmiz mənasız idi”.

Onu da qeyd edək ki, Qafqaz regionundan Rusiya, Gürcüstan, Ermənistan da yarım finala çıxa bilməyib.

Azərbaycan bu yarışmada Belarusa – 12, İsrailə – 10, Çexiyaya – 8, Kiprə -7,  İrlandiyaya – 6, Avstriyaya -5, Bolqarıstana – 4, Estoniyaya – 3, Belçikaya – 2, Litvaya isə 1 səs verib.

Digər müsabiqələr kimi, bu müsabiqə də qalmaqallarla yadda qalıb. Məsələn, “2017 – ”Eurovision” mahnı müsabiqəsində Rusiyanı təmsil edən müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdi və bir illik fasilədən sonra 2018-ci ildə Rusiya müsabiqəyə geri dönəcəyini açıqlamışdı. Beləliklə, Samoylova Ukraynada oxuyacağı “I Won’t Break” mahnısını bu müsabiqədə oxudu, lakin finala keçə bilmədi.

Daha bir qalmaqal Ukrayna üçün oldu. Belə ki, 10 yanvar 2018-ci il tarixdə sosial şəbəkədə ukraynalı müğənni Alekseyevin Belarusun 2018 “Eurovision” milli seçim turuna təqdim etdiyi “Forever” mahnısının rusca versiyasını (“Navseqda”) 2017-ci ilin may ayında Stavropol şəhərində ifa etdiyi videosu paylaşılıb. “Eurovision”nun qaydalarına görə isə müsabiqədə ifa olunan mahnılar müsabiqədən səkkiz ay öncə heç bir yerdə səsləndirilməməlidir. Milli seçim turunda iştirak edən bir neçə iştirakçı Alekseevin yarışmada iştirakının dayandırılmayacağı halda onların seçim turunda iştirakdan imtina edəcəklərini bildirmişdirlər.

İştirakçılardan Sofi Lapina məhz belə də etdi. Lakin mahnının musiqisinə kiçik dəyişiklik edildikdən sonra Belarus telekanalı Alekseyevin seçim turunda iştirakına razılıq verilib. Seçim turunda həmin mahnı ilə qələbə qazanan ifaçı mart ayında mahnının yeni versiyasını təqdim edib.

Ən böyük qalmaqal isə Böyük Britaniyanın təmsilçisi ilə bağlı olub. Belə ki, final-şouda səhnədə olan müğənni Surie gözlənilməz hadisə ilə rastlaşıb. Müğənni çıxış edən zaman naməlum şəxs səhnəyə qalxaraq ifaçının mikrofonunu əlindən alıb. Yalnız təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra ifaçı çıxışını başa vurub. Hadisənin ardınca Avropa Yayım İttifaqı Böyük Britaniya təmsilçisinə bir daha səhnə almaq fürsəti tanısa da, ifaçı imtina edib.

Çexiya təmsilçisi isə müsabiqədə məşq zamanı zədə alıb. Mikolas Yosefin dərhal xəstəxanaya çatdırılıb. Növbəti gün ifaçının vəziyyətinin daha da ağırlaşdığı deyilirdi. Lakin Yosef heç nəyə baxmayaraq müsabiqəyə qatılıb.

Çində isə yayım senzurası ilə bağlı qadağa böyük qalmaqala səbəb olub. Buna səbəb Çində “Eurovision”nı yayım hüququ olan Mango TV birinci yarımfinalın yayımı zamanı Albaniya və İrlandiya təmsilçilərinin ifalarını yayımdan çıxarması olub. Belə ki, Çində döymə nümayiş etdirən şəxslərin televiziyada yayımlanmasına qoyulan qadağa səbəbi ilə Albaniyanın müsabiqədəki çıxışı yayımlanmayıb. Eyni zamanda İrlandiya təmsilçisinin çıxışı zamanı ifaçını səhnədə rəqs ilə müşayiət edən homoseksual cütlüyün yer alması səbəbindən telekanal İrlandiyanın da çıxışını yayımlamayıb. Bunun ardınca Avropa Yayım İttifaqı kanalın hərəkətini pisləyərək, bunun müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğu söyləyib və nəticədə “Eurovision”nun Çində yayımına rəsmi olaraq qadağa qoyub.

Türkiyə tərəfi isə əvvəlcədən  açıqlama verərək bildirmişdi ki, bu yarışmada iştirak etməyəcək. Yada salaq ki, Türkiyə bu sonuncu dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak edib və 7-ci yerə sahib olub.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …