Ana səhifə / Dünya / ERP: Köçəryanın həbsi Qarabağ probleminin həllinə yeni yanaşma ilə bağlıdır

ERP: Köçəryanın həbsi Qarabağ probleminin həllinə yeni yanaşma ilə bağlıdır

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib. 

Sputnik Ermənistan-ın məlumatına görə, məhkəmə qərarı təfərrüatlar bu gün keçiriləcək mətbuat konfransında məlum olacaq.

Köçəryan 2008-ci il 1-2 mart hadisələri ilə bağlı Xüsusi istintaq xidməti tərəfindən dindirilib. Həmin hadisələr zamanı 10 nəfər həlak olub. Keçmiş prezident ittihamları rədd edir və bütün bunları siyasi sifariş hesab edir.

KTMT baş katibi general Yuri Xaçaturova qarşı da analoji ittihamlar irəli sürülüb. Məhkəmə onu 5 milyon dram qarşılığında zaminə buraxıb. Xaçaturov isə onu nədə ittiham etdiklərini başa düşmədiyini deyib.

Parlamentdə çoxluğa malik olan Ermənistan Respublikaçı partiyası son həbslərlə bağlı çıxış edib. Partiya bu həbsləri Dağlıq Qarabağ probleminin həllinə yeni yanaşma ilə birbaşa əlaqələndirib.

“Daşnaksutyun” partiyası da həbslərin siyasi xarakterli ola biləcəyini bəyan edib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …