Erməni revanşistlər boykotdan geri çəkilir?
Ermənistanda parlament seçkilərindən sonra mandatların qəbul edilməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, "Güclü Ermənistan" Partiyasından boykota qarşı ilk açıq siqnal gəlib.
Partiyanın idarə heyətinin üzvü Narek Karapetyan sosial şəbəkədə paylaşım edərək Gürcüstan müxalifətinin təcrübəsini nümunə göstərib.
Karapetyan xatırladıb ki, 2024-cü ildə Gürcüstan müxalifəti parlamenti boykot edərək mandatlardan imtina etmişdi. Məqsəd hakimiyyətin legitimliyini sarsıtmaq olsa da, nəticə əksinə olub.
"Parlamentin tamamilə eynicinsli olması və müxalifətin olmaması hakimiyyəti zəiflətmədi, əksinə, onu daha da gücləndirdi. Hakim partiyanın reytinqi 2026-cı ildə rekord həddə – 56 faizə çatdı", – deyə Karapetyan bildirib.
Onun bu açıqlaması Ermənistanda "Güclü Ermənistan" Partiyasının mandatları qəbul edərək parlamentdə fəaliyyət göstərə biləcəyi ilə bağlı ehtimalları daha da gücləndirib. Hazırda partiya rəhbərliyi bu məsələ ilə bağlı yekun qərarını açıqlamayıb. Musavat.com