Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür

Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür.

Bunu “Jamanak” qəzeti yazıb.

Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: “Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı, nazir maaşı ilə belə böyük malikanə tikmək mümükün deyil?

Ancaq bu məntiq əsas tutulsa, o halda Ermənistanda son 25 ildə tikilən binaların azından 90 faizi sökülməlidir. Çünki ölkədə maaşla belə mülk sahibi olmaq mümkün deyil”.

Qeyd edək ki, Seyran Ohanjyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub.(“Report”)

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …