Ana səhifə / Dünya / Ermənistanın aviaşirkəti İrəvandan Antalyaya uçuşlara başlayır

Ermənistanın aviaşirkəti İrəvandan Antalyaya uçuşlara başlayır

İyunun 14-dən “Flyone Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.

Bu barədə aviadaşıyıcının yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.

Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir. Bundan əvvəl Türkiyənin aviasiya rəsmiləri “Flyone Armenia”nın Avropa ölkələrinə uçuşlar üçün onun hava məkanını keçməsinə icazə verməmişdi. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …