Ana səhifə / Dünya / Ermənistanın 305 hərbçisi İnterpola axtarışa verilib

Ermənistanın 305 hərbçisi İnterpola axtarışa verilib

Ermənistanın silahlı qüvvələri, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatçı rejimin qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayət faktları üzrə beynəlxalq hüquq normalarına uyğun hərtərəfli istintaq aparılaraq sülh və insanlıq əleyhinə, habelə müharibə və digər xüsusi cinayətlər törətmiş 305 şəxs İnterpola axtarışa verilib.

Bu barədə AzərTAc-a açıqlamasında Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev məlumat verib. 

Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmələrinə dair qərarlar qəbul edilib. 

E.Tağıyev bildirib ki, həmin 305 şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib. Onların 39-u Xocalı soyqırımı, 12-si Qaradağlı, 18-si Bağanis-Ayrım, 9-u Meşəli, 47-si Kərkicahan soyqırımlarında təqsirli bilinir. Daha 35 nəfər əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə faktları üzrə, 133 nəfər isə qəsdən adamöldürmə və digər cinayətlərdə ittiham olunur. 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …