Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ermənistanda etirazların yeni dalğası: insanlar bölgələrdə də küçələrə axışır

Ermənistanda etirazların yeni dalğası: insanlar bölgələrdə də küçələrə axışır

Gümrü, Vanadzor və Ermənistanın digər şəhərlərində etiraz aksiyaları bu gün də davam edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Gümrüdə gənclər küçələrə axışıb. Onlar tətilə çıxmaq və mübarizəyə qoşulmaqla bağlı çağırışlar səsləndiriblər.

Gənclər şəhərin mərkəzi küçəsindən Teatr meydanına doğru yürüş ediblər. Polis qüvvələri gücləndirilmiş növbətçiliklə asayişi qorumağa çalışırlar.

Dünən polislərin aqressiyası ilə qarşılaşan Vanadzorda da aksiyalar davam edir.

Maraqlıdır ki, etiraz aksiyaları Respublika Partiyasının seçkilərdə yüksək səs faizi əldə etdiyi Yexeqnadzor, Qafan, Armavir kimi şəhərlərdə də başlayıb. Ermənistan mediası qeyd edir ki, bu dalğanın qarşısını almaq mümkün olmayacaq

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı ayın 13-dən başlayan mitinqlərdə etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb, yüzlərlə insan saxlanılıb.

Onu da qeyd edək ki, etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …