Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ermənistanda daha 3 nazir istefa verdi

Ermənistanda daha 3 nazir istefa verdi

Ermənistanda yüksək vəzifəli məmurların istefası davam edir.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu gün ölkənin üç naziri, 2 qubernatoru istefa verib. Məlumata görə, postunu tərk edənlər Daşnaksütyun partiyasının üzvləri – təhsil naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, şəhərsalma və inkişaf naziri David Lokyandır. Nazirlərin ardınca isə Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqasotsk vilayətinin qubernatoru Aşot Simonyan istefa verib.

Qeyd edək ki, dünən isə idman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verərək etirazçılara qoşulmuşdu.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …