Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ermənistanda 3 deputat ölkədən qaçdı – FOTO

Ermənistanda 3 deputat ölkədən qaçdı – FOTO

Ermənistan parlamentinin üç deputatı – Vahan Hovakimyan, Hayk Koncaryan və Vahe Xalumyan “yoxa çıxıb”.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın hayeli.am saytı məlumat yayıb.

“Zoğavurd” qəzetinin redaktoru Sona Ağekyan hər üç deputatla bağlı çağırış edib:

“Ölkənin dar günündə yoxa çıxmısınız. Milyonlarla vəsaiti mənimsədiniz, bu dövlətdən uzun illər yüksək vəzifə maaşları aldınız. Hazırda vətən borcunu verməyin vaxtıdır. Müharibənin bu qızğın vaxtında haradasınız? Hara yoxa çıxmısınız?”

Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan xəbərlərə görə, Vahan Hovakimyan, Hayk Koncaryan, Vahe Xalumyan müharibədən qorxaraq ölkədən qaçıblar. Hətta onların gizli marşrutlarla Avropa ölkələrinə getdiyi iddia edilir.

11.jpg (37 KB)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …