Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Ermənistanda əyalətlər boşalır, sakinlər ölkədən qaçır

Ermənistanda əyalətlər boşalır, sakinlər ölkədən qaçır

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanın əyalətlərində də əhalinin sayı sürətlə azalır. Miqrasiya tempinin artmasının əsas səbəbi isə sosial-iqtisadi problemlərdir.
Lori əyalətinin sakinlərindən biri deyib: “Bizim gələcəyə dair heç bir inamımız yoxdur. İşsizlik, yoxsul həyat tərzi hökm sürür. İnsanlar çalışmaq, ailələrini dolandırmaq üçün canlarını bu ölkədən qurtarmağa çalışırlar. Uşaqlarımızı belə ağır şərtlər altında böyüdürük. Sizcə belə mühitdən sağlam gələcək gözləmək olar? Bu yerlərdə həyat sanki dayanıb. Əhali çıxış yolunu yalnız ev-eşiklərini qoyub getməkdə görür. Bunun nəticəsində Loridə insanların sayı xeyli azalıb. Hər il onlarla ailə buranı tərk edib xaricə köçür. İşğalçı rejim isə bunun qarşısını almaq üçün heç bir addım atmır”.

Kotayk vilayətində də eyni mənzərə müşahidə olunur. On il əvvəl üç minə yaxın sakini olan Alaparas kəndində yaşayanların sayı indi heç 600-ə çatmır. Ermənistanın digər əyalətlərində olduğu kimi, burada da vəziyyət ürəkaçan deyil. Alaparas icmasının sədri Artak Sarıbekyan qeyd edib ki, bu qədər problemi həll etmək əvəzinə kəndin küçələrindən birinə “Xoşbəxtlik” adı verilib. Onlar hər dəfə bu adı görəndə özlərini təhqir olunmuş hesab edirlər.

“Armtayms” xəbər portalı yazır ki, “Xoşbəxtik” küçəsində yaşayanlar bədbəxtdirlər. Onların dolanışıqla bağlı problemləri var. İcma sədri portala müsahibəsində bildirib ki, küçənin adı ilə yaşadıqları həyat tərs mütənasibdir. Bu ölkədə onsuz da xoşbəxt insanlar azdır. Kəndin təkcə yollarına baxmaq kifayətdir ki, burada əhalinin necə yaşadığını görəsən. Ona görə də doğulduqları yerdə özlərini bədbəxt hesab edən insanlar xoşbəxtliyi Ermənistanda deyil, xaricdə axtarırlar. (AzərTAc)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …