Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ermənistan prezidenti hökuməti istefaya çağırdı

Ermənistan prezidenti hökuməti istefaya çağırdı

Ermənistan hökuməti istefa verməlidir.

Bunu prezident Armen Sarkisyan Gümrü sakinləri ilə görüşdə deyib.

“Ermənistan hökuməti Qarabağdakı müharibənin nəticələri ilə əlaqədar səhifəni bağlamaq və insanlara ümid vermək üçün istefaya getməlidir.

İlk gündən prezident olaraq çox sadə bir həll təklif etdim – hökumət istefa versin, çünki məğlub olub, davam etmək çox çətindir. Eyni zamanda, əgər hökumətin heç bir günahı olmasa belə, istənilən halda bu səhifə bağlanmalı və insanlara ümid vermək üçün yenidən başlanmalıdır”, – deyə A.Sarkisyan əlavə edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamasından sonra İrəvanda onun istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Müxalif qüvvələr hökumətin keçmiş başçısı Vazgen Manukyanı baş nazir vəzifəsinə namizəd irəli sürüb.

25 dekabrda Paşinyan siyasi qüvvələri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib.

Ermənistan prezidenti A.Sarkistan Nazirlər Kabinetinin istefasının, müvəqqəti hökumətin qurulmasının və növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini dəfələrlə bəyan edib. Azvision.az

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …