Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ermənistan hakimiyyətində Köçəryan davası başladı – məhkəmənin qərarı etiraz doğurdu

Ermənistan hakimiyyətində Köçəryan davası başladı – məhkəmənin qərarı etiraz doğurdu

Ermənistanın Xüsusi İstintaq Xidməti Apellyasiya məhkəməsinin eks-prezident Robert Köçəryan barədə avqustun13-də çıxardığı qərarı “qanunsuz” sayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, 28 iyulda həbs edilmiş keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı qərara etiraz edən İstintaq Xidməti bununla Apellyasiya məhkəməsinin öz səlahiyyətlərini aşdığını vurğulayıb.

“İnanırıq ki, Baş prokurorluq kassasiya şikayəti verəcək”- açıqlamada deyilir.

Qeyd edək ki, R.Köçəryan 1 mart 2008-ci il hadisələrinə görə həbs edilsə də, bu gün heç bir ciddi dəlillər gətirilmədən azadlığa buraxılıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …