Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ermənistan əhalisi sürətlə azalır- Statistika

Ermənistan əhalisi sürətlə azalır- Statistika

2018-ci il aprelin 1-nə olan məlumata görə Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969,9 min nəfər olub.

Azərtac xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ölkə əhalisinin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,6 min nəfər, 2018-ci ilin ilk 3 ayında isə 2800 nəfər azalıb. Buna əsasən miqrasiya və təbii artımın azalması səbəb olub.

Xidmətin məlumatına görə, Ermənistanda şəhər əhalisinin sayı 1 milyon 894 min 500 nəfər, kəndlərdə yaşayanların sayı isə 1 milyon 75,4 min nəfər təşkil edib.

Ermənistan əhalisinin sayı ötən əsrin 70-ci illərdən bəri ilk dəfədir ki, 3 milyondan aşağı düşüb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …