Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Ermənipərəst aparıcıya cinayət işi açıldı

Ermənipərəst aparıcıya cinayət işi açıldı

Kremlin təbliğat maşınının əsas vintciklərindən biri olan “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyova qarşı cinayət işi açılıb. 

Ukrayna mətbuatında Solovyovla bağlı cinayət işinin təfərrüatları dərc edilib.

Rusiyanın işğalçı siyasətinin əsas təbliğatçılarından olan və ermənipərəst mövqeyilə seçilən V.Solovyov “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsilə ittiham olunur. Cinayət işinin araşdırılması Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən aparılır. Bu barədə məlumat verən ölkə Radasının deputatı Aleksey Qonçarenko deyib ki, Solovyova qarşı iki cinayət işi mövcuddur. Təhlükəsizlik xidmətinə göndərdiyi sorğunun cavabını öz sosial şəbəkə səhifəsində dərc edən A.Qonçarenko bildirib ki, hər iki cinayət işi 110-cu maddə, yəni ərazi bütövlüyünə qəsdlə bağlıdır. Bu madddə 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Deputat əlavə edib ki, Solovyov gec-tez Ukraynanın ərazi bütövlüyünə yönələn həyasız açıqlamalarına görə cavab verəcək. Həmçinin əlavə edib ki, Solovyovla bağlı İtaliyaya sorğu göndəriləcək. Məlumat üçün qeyd edək ki, rusiyalı aparıcı İtaliyadakı villaları ilə məşhurdur və tez-tez bu ölkəyə baş çəkir.
Xatırladaq ki, Solovyov Azərbaycan torpaqlarının da Ermənistan tərəfindən işğalına haqq qazandıran mövqeyilə seçilir. Lakin ona qarşı ölkəmizdə nəinki cinayət işi açılıb, ümumiyyətlə rəsmi səviyyədə hər hansı ciddi təpki də göstərilməyib…

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …