Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ermənilər Kılıçdaroğlunu dəstəkləyirlər

Ermənilər Kılıçdaroğlunu dəstəkləyirlər

Ermənistan sakinləri Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda kimi dəstəklədiklərini açıqlayıblar.

İrəvanda keçirilən sorğuda iştirak edən ermənilərin əksəriyyəti hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı yox, müxalifətin namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.

“Mən Kamalı dəstəkləyirəm. Onun Ermənistandan, İrandan keçməli olan yol planları var… Bu isə artıq Ermənistan üçün müsbət bir haldır”, – İrəvanın yaşlı sakinlərindən biri deyib.

“Ərdoğanın hakimiyyəti illərində Türkiyənin Ermənistanla münasibətləri yaxşı deyildi. Ola bilsin ki, bu, başqa prezidentin dövründə dəyişəcək”, – deyə sorğunun gənc iştirakçısı bildirib.

İrəvanda keçirilən sorğu zamanı belə fikirlər səslənib:

“Mən Ərdoğana yox, başqasına, Kamala üstünlük verirəm. O qalib gəlsə, daha yaxşı olar”, “Kamal daha çox qərbyönümlüdür, onun dəyərləri o qədər də Turançı deyil”, “Ərdoğan silahlara çox pul xərcləyir. İstərdim ki, ikinci raundda uduzsun. Bu, təkcə bizim yox, bütün dünya üçün yaxşı olardı. Ermənistan əhalisi, bildiyimə görə, Ərdoğanın əleyhinədir”.

Bəzi ermənilər isə ikinci turun nəticələri barədə daha neytral danışıblar. Xüsusilə, nə Ərdoğanın, nə də Kılıçdaroğlunun Ermənistan və ermənilər üçün yaxşı variant olmayacağı ilə bağlı fikirlər səsləndirilib.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək./Oxu.az/

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …