Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Erməni hüquq müdafiəçisi: “Ölkədə baş verənlər dövlət terrorudur”

Erməni hüquq müdafiəçisi: “Ölkədə baş verənlər dövlət terrorudur”

Biz dövlət səviyyəsində dövlət terroru, ən yaxşı halda, psixoloji terrorla üz-üzəyik.

AZƏRTAC xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Larisa Alaverdyan Yerevanda keçirilən “Ermənistan Respublikasında siyasi və hüquqi çağırışlar” mövzusundakı konfransdakı çıxışında deyib.

Son günlər Ermənistanda intensivləşən siyasi motivli həbsləri xatırladan hüquq müdafiəçisi baş verənləri belə təqdim edib: “Hazırda ölkəmizdə baş verən hadisələr yalnız insan hüquqlarının pozulması deyil, o hüquqlarla tamamilə zidd olan siyasətin adiləşməsidir”.

Alaverdyan qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanda baş verən pozuntulara göz yummamalı, lazımi reaksiya verməlidir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …