Ana səhifə / Dünya / Erməni deputat Qazaxıstan və “pantürkizm” barədə danışır

Erməni deputat Qazaxıstan və “pantürkizm” barədə danışır

Ermənistan parlamentinin ən böyük müxalif fraksiyası – Hayastan bloku parlamentin müdafiə və xarici əlaqələr komissiyalarına müraciət edərək birgə iclasın keçirilməsini təklif edir.

Müxalifət Ermənistan silahlı qüvvələri kontingentinin Qazaxıstana göndərilməsinin müzakirəsini istəyir. Hayastan fraksiyasının deputatı Geğam Manukyan deyib ki, müxalifəti 100 Ermənistan əsgərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə Qazaxıstana göndərilməsinin səbəbi və belə bir qərarın necə verildiyi maraqlandırır:

“Ermənistan buna hansı əsasla razılıq verib? Ermənistanı bu addımı atmağa nə vadar edib? Bizim nəzərimizcə erməni qoşun kontingentinin göndərilməsi düzgün deyildi”.

Azatutyun yazır ki, KTMT kollektiv təhlükəsizlik şurtasının yanvarın 10-da keçirilən iclasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinə qarşı təcavüzdə terrorçuların, o cümlədən xarici yaraqlıların iştirak etdiyini deyib.

Öz növbəsində bu iclasa sədrlik edən Ermənistan baş naziri Nikol Paşinyan deyib: “Yaxın keçmişdə biz özümüz də regionumuzda əcnəbi terrorçu-silahlıların olmsı ilə üzləşmişik”.

Müxalif “Şərəfim var” fraksiyasının deputatı Ayk Mamicanyan Paşinyanın bu şərhini ünvansız səsləndirməsini tənqid edib. Onun fikrincə, Paşinyan 44 günlük müharibədə terrorçulardan kimin istifadə etdiyini konkret deməliydi.

Ayk Mamicanyan diqqəti Türkiyə və Azərbaycanda Qazaxıstan hadisələri ilə bağlı yazılanlara cəlb edib: “Hazırda Türkiyə və Azərbaycan mətbuatında Qazaxıstan hökumətinə qarşı kampaniya aparılır. Burdan belə belə bir ehtimal doğur ki, bu hadisələrin əsas motivi, sözsüz, son zamanlar ətə-qana dolmuş pantürkizm anlayışı olub və hadisələrə bu çərçivədən baxılmalıdır”.

Azatutyun yazır ki, Qazaxıstan hadisələrinə KTMT-nin cəlb olunmasını ABŞ dövlət katibi Entoni Blinken də tənqid edib. O bəyan edib ki, Putin bu yolla Sovet İttifaqını bərpa etmək istəyir.

Müxalif deputat Geğam Manukyansa deyib ki, “superdövlətlərin oyununa girmək lazım deyildi”. Azatutyun bildirir ki, bu müzakirələr barədə iqtidar deputatlarının rəylərini öyrənmək mümkün olmayıb. /Azadliq.org

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …