Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Erməni deputat 160 əsgərin İranda saxlanıldığını təsdiqlədi

Erməni deputat 160 əsgərin İranda saxlanıldığını təsdiqlədi

Bu gün Ermənistan mətbuatı 160 əsgərin Qarabağdakı döyüşlərdən qaçaraq İran sərhədini keçməsi barədə sensasion məlumat yayıb.

Müdafiə Nazirliyinin və digər qurumların mövzu ilə bağlı açıqlama verməməsi, medianın suallarından yayınması məlumatın doğruluğunu təsdiqləyir.Ermənistanda gündəmin əsas müzakirə predmetinə çevrilən 160 əsgərlə bağlı məsələyə siyasətçilər və politoloqlar münasibət bildirərək, dövlət qurumlarından açıqlama tələb ediblər.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan İranda saxlanılan əsgərlərin valideynlərindən ona müraciətlər daxil olduğunu deyib.

“Bu gün erməni mətbuatı məsələni gündəmə gətirməsəydi, mövzuya toxunmazdım. Uzun müddətdir ki, itkin sayılan bir çox əsgərin valideyni mənə bu mövzuda danışmışdı. Deyirlər ki, etibarlı məlumatlara malikdirlər, hətta telefon zəngləri də olub ki, oğulları müharibə zamanı Qarabağın cənub hissəsindən – Cəbrayıldan İranla dövlət sərhədini keçiblər. Buna görə də onlar İranda əsir götürülüblər. Üstəlik, valideynlərdən biri, açıq şəkildə qeyd etmişdi ki, bizim sərhədçilər İranda yerləşən Amandi kəndindəki bir hərbi hissədə saxlanılırlar.

Bu məsələ ilə çoxdan məşğul oldum və mövzunu neçə dəfə Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanla müzakirə etsəm də, o, belə bir hadisənin olmadığına əminliyini ifadə etdi. Üstəlik, bir neçə valideyn hətta Təbrizə gedərək erməni yepiskopu ilə görüşmüşdü ki, onlara da eyni cavab verilmişdi.

Rəsmi olaraq İranın Xarici İşlər Nazirinə müraciət etdim. Mənə məktubun daxil olduğunu və bir müddət sonra cavab veriləcəyini dedilər. Hələ ki, cavab yoxdur. Rusiyalı həmkarlarım vasitəsi ilə məlumatı nə inkar, nə də təsdiq etməyən bir neçə İran generalı ilə əlaqə saxladıq və onlar dəqiq cavab vermək üçün vaxt istədilər. Yenə deyirəm, bu məsələni yenidən qaldırmazdım, mətbuat problemi ictimaiyyətə çatdırmasaydı, səssizcə valideynlərlə məşğul olmağa davam edərdim. Təbii ki, Ermənistan Müdafiə Nazirliyinin mövzunu şərh etmək istəmədikləri barədə verdiyi cavabı şok effekti yaratdı. Bəs sizin mövzunuz nədir?”, – erməni deputat deyib.

Zöhrabyan daha sonra qeyd edib ki, hər gün yüzlərlə valideyn ən azı bir xəbər eşitmək ümidi ilə yaşayır və məlum olur ki, nazirlik mövzu ətrafında şərh vermək istəmir. Deputat növbəti dəfə rəsmi olaraq İranın Ermənistandakı səfirinə müraciət ünvanlayacağını bəyan edib.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdən qaçarkən sərhədi keçən 160 erməni əsgərin İranda saxlanılması barədə məlumat yayıb.

“Hraparak” saytı məlumatın doğruluğunu öyrənmək üçün Müdafiə Nazirliyinə sorğu göndərsə də, onlar məsələni nə inkar, nə də təsdiq ediblər. Nazirlikdən belə bir mövzunu şərh etmək istəmədiklərini bildiriblər. Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …