Şənbə , May 28 2022
Ana səhifə / Dünya / Ermənistanın müdafiə naziri keçmiş mətbuat katibi ilə evlənir – Foto

Ermənistanın müdafiə naziri keçmiş mətbuat katibi ilə evlənir – Foto

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri, baş nazirin keçmiş müavini, ərazi inkişafı və infrastrukturun keçmiş naziri Suren Papikyan evlənməyə hazırlaşır.

Bu barədə “Aravot” qəzeti yazıb.

Bildirilib ki, toy yanvarın 22-nə planlaşdırılıb və “Firon” restoran kompleksində baş tutacaq.

Nazirin gələcək həyat yoldaşı hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir. Əvvəllər o, Papikyan başqa idarənin rəisi olanda onun mətbuat katibi vəzifəsində çalışıb.

Qəzet yazır ki, toydan sonra cütlük dövlət malikanələrindən birində məskunlaşmaq niyyətindədir.

“Sputnik Ermənistan”ın məlumatına görə, nazirin gələcək həyat yoldaşı  Armine Muradyandır.

Papikyanın şöbə müdiri olduğu dövrdə o, ərazi idarəetmə nazirinin mətbuat katibi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …