Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Ermənistanın keçmiş MTX sədri Paşinyanın arvadının qəzetinə qarşı iddia qaldırır

Ermənistanın keçmiş MTX sədri Paşinyanın arvadının qəzetinə qarşı iddia qaldırır

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın Baş nazir Nikol Paşinyanın həyat yoldaşı – Anna Akopyana məxsus “Aykakan Jamanak” qəzetinə qarşı qaldırdığı iddia yaxın günlərdə məhkəməyə göndəriləcək.

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə Vanetsyanın vəkili Lusine Saakyan danışıb.

“İddia ərizəsi mümkün olduğu qədər tez, yaxın günlərdə göndəriləcək”, – deyə Saakyan bildirib.

Vanetsyanın vəkilləri əvvəlcə Anna Akopyanın rəhbərlik etdiyi “Aykakan Jamanak” qəzetinə məktubla müraciət ediblər. Müraciətdə keçmiş MTX rəhbərinin ünvanına səsləndirilmiş böhtanlar, yalan və absurd informasiya ilə bağlı təkzib verilməsi istənilib. Lakin qəzetin direktoru cavabında Vanetsyanın “baş nazirin ailəsinə qarşı mətbuatda kampaniya aparması” ilə bağlı dərc olunan yazıda məhz hansı hissədə böhtanlara yol verildiyinin dəqiqliklə göstərilməsini tələb edib. Bundan sonra Vanetsyanın vəkilləri qarşı tərəfə cavab verməyi artıq hesab edib və məhkəməyə müraciət edilib.

Qeyd edək ki, “Aykakan Jamanak” qəzeti Vanetsyanı hökumət rəhbərinin ailəsinə qarşı mətbuatda kampaniya aparmaqda ittiham edib. Yazıda Vanetsyanın kriminal avrtoritet Aram Vardanyanın köməyi ilə mətbuat orqanlarından birinin rəhbərini öz tərəfinə çəkdiyi bildirilib. Onun MTX rəhbəri vəzifəsini tərk etməsindən sonra bu işdə əsas dəstəkçilərinin Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan və Parlament Aparatının keçmiş rəhbəri Ara Saqatelyan olduğu iddia edilib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …