Şənbə , Avqust 20 2022
Ana səhifə / Dünya / Ermənistandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək

Ermənistandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.

Şirkət dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar təşkil edəcək.

Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel-Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.

Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnoç” beynəlxalq hava limanından həyata keçiriləcək. Şirkət ilk reysi Moskva şəhərinə edəcək.

Biletlərin qiymətinə gəldikdə isə 6 istiqamət üzrə biletin dəyəri 39 avrodan başlayacaq. Lyona isə biletin dəyəri 44 avro olacaq.

Həmçinin oxuyun

Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərtini açıqladı

“Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür”. “ Azinforum.az ” …