Cümə , Sentyabr 30 2022
Ana səhifə / Dünya / Ermənistandakı partlayışın qəribə izləri…

Ermənistandakı partlayışın qəribə izləri…

İrəvanda ticarət mərkəzindəki partlayışda 5 nəfər ölüb, 17 nəfər itkin (aydın məsələdir ki, onlar da ölüb) düşüb.

Partlayışın baş vermə səbəbi haqqında ilkin versiya pirotexnik anbarında “külli miqdarda təhlükəli maddənin saxlanma şərtlərinə əməl edilməməsi” dir.

Ticarət Mərkəzində hansı “təhlükəli maddə küllü miqdarda” toplana bilər, bu ayrı mövzudur.

Amma ticarət mərkəzi və onun sahibi haqqında ilkin məlumatlar və daha öncə baş vermiş buna oxşar hadisələrlə analogiya aparmaqla hadisə haqqınd təsəvvürlər formalaşdırır.

Ticarət Mərkəzi əslən Beyrutdan olan Livan ermənisinə məxsusdur.

Ermənistanda geniş biznes şəbəkəsi olan bu şəxs həm də daha çox ölkədə Livan və Suriyadan olan biznes dairələrin hamisi kimi tanınır.

2020-ci ilin avqust ayında Beyrut limanında baş verən partlayışla əlaqəni olmasını iddia etmək üçün geniş araşdırmaya ehtiyac olsa da, oxşarlıq göz önündədir.

Beyrut Limanındakı partlayışın ilkin rəsmi versiyası fişəng ambarı və “təhlükəli maddələrin saxlama şərtlərinə” əməl edilməməsi idi.

Xatırladım ki, Beyrut limanında Suriya hökümətinin sifarişi, Kiprdə yaşayan Rusiyalı biznesmen İqor Qreçuşkinin vasitəçili ilə Gürcüstandan alınmış 2.750 ton nitrat ammonyak – ammonyak turşusunun (başqa adı ammonyak selitrasıdır) patlaması olmuşdu.

Gürcüstanın “Rustavi Azot” zavodundan alınmış 2,750 ton ammonyak selitrası Mozambikin “Fabrica de Explosivos de Moçambique” fabrikində partlayıcı maddələrin istehsalı üçün nəzərdə tutulmuşdu.

Bu maddə Suriya hökümət qüvvələrinin üsyançılara qarşı aktv istifadə etdiyi , qadağan olunmuş kimyəvi silahların hazılanmasında istifadə olunur.

2013 cü ildə ABŞ-ın Siriya hökümətinin müharibə aktivlərinə tətbiq etdiyi sanksiyalara görə ammonyak selitranı daşıyan gəmi Beyrut limanında həbs olunmuş və 6 il orda dayanmışdır.

Beyrut limanında baş verən partlayişı tədqiq edən istintaq qrupu orda cəmi 300-500 kg-lıq ammonyak selitranın partladığını bildirib.

Bu isə o anlama gəlir ki, yerdə qalan 2,2 ton selitranın oğurlayıb, gəmini partlatmışdılar.

Bir sözlə , İrəvanda baş verən partlayışı diqqətlə izləyirik…

Yeganə Hacıyeva,

politoloq

Azinforum.az

Həmçinin oxuyun

“Putin nə düşünübsə, onu da edəcək” – Ərdoğan

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən …