Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Ermənistanda yeni siyasi təlatüm baş qaldırır

Ermənistanda yeni siyasi təlatüm baş qaldırır

Ermənistan rəhbərliyi ilə mübarizə aparmaq üçün güclü müxalif qüvvələr birləşəcək. 

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan “Reuters”-ə yazılı müsahibəsində bildirib.

Koçaryan ona qarşı qaldırılan cinayət işini “siyasi” adlandırıb və Paşinyan hökumətini seçici ədalətdə ittiham edib.

Ermənistanın sabiq prezidenti eyni zamanda qeyd edib ki, Ermənistanda yeni siyasətçilər meydana çıxır və müxalif partiyalar yaranır.

“Bu proses, şübhəsiz çox tezliklə hakimiyyətlə mübarizə apara bilmək qabiliyyətinə malik güclü siyasi qüvvələrin yaranması ilə nəticələnəcək”, – deyə Koçaryan vurğulayıb.

Koçaryan “bu müxalif qüvvəyə qoşulacaqsızmı” sualını “təbii ki” cavablandırıb.

Sabiq prezident “məxməri inqilabı” “cəmiyyətdə narazılığın artması və dəyişikliklərə cəhdi”nin nəticəsi kimi dəyərləndirib. O, eyni zamanda baş verənləri inqilab adlandırmayıb: “Mən bunu inqilab adlandırmazdım. Cəmiyyətdə aqressiya, populizm və rəhbərlikdə diletantizmin meydana gəlməsi istisna olmaqla ölkədə heç bir şey dəyişməyib”.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …