Cümə axşamı , Avqust 11 2022
Ana səhifə / Dünya / Ermənistanda virusdan ölənlərin sayı 6700-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 6700-ə çatıb

Ermənistanda son sutka ərzində daha 810 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 321 243 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 30 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6700-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1337 nəfərdir. Aktiv xəstələrin sayı 30 340 nəfər təşkil edir.

Həmçinin oxuyun

Ukrayna müdafiə naziri: “Rusiya ilə danışıqlar o zaman mümkündür ki…” – “Əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz”

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb. O, bu barədə yerli mətbuata …