Ana səhifə / Dünya / Ermənistanda nazir jurnalisti döydü

Ermənistanda nazir jurnalisti döydü

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyanın jurnalist Paylak Faxradyana hücumunun təfərrüatları məlum olub.

Erməni jurnalist hadisə barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, insident İrəvandakı kafelərdən birində baş verib. Belə ki, jurnalist günorta saatlarında nazirə yaxınlaşaraq iş vaxtı kafedə olmasının səbəbini soruşub.

Arşakyan cavabında gecələr də işlədiyini deyərək jurnalistdən kameranı söndürməyi xahiş edib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Faxradyan kafenin ikinci mərtəbəsinə qalxaraq noutbukda işləməyə başlayıb. Bu zaman nazir ona hücum edərək, yumruq zərbəsi endirib.

Erməni jurnalist faktla bağlı Ermənistanın Baş Prokurorluğunun Xüsusi İstintaq Xidmətinə şikayət edib. Azvision.az

Həmçinin oxuyun

İtkin hərbçilərin valideynləri Paşinyanın yanında məmuru döydülər

Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanın aparat rəhbəri …