Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Dünya / Ermənistanda nazir istefa verdi, etirazçılara qoşuldu

Ermənistanda nazir istefa verdi, etirazçılara qoşuldu

Ermənistanda idman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə feysbuk hesabında bəyanat yayan nazir istefanın ölkədə gedən aksiyalarla əlaqədar olduğunu bildirib. Bəyanatda qeyd edilib ki, o, “Çiçəklənən Ermənistan” partiyasının üzvü kimi partiya sədri Qaqik Tsarukyanın ümummilli birləşmə çağırışını dəstəkləyir və etiraz aksiyalarına qoşulur. Bununla kifayətlənməyən Rostomyan Ermənistan Respublika Partiyası və “Daşnaksütyun” partiyasından olan həmkarlarını xalqa qoşulmağa çağırıb.

 

Onu da qeyd edək ki, etirazlara nazirlə yanaşı ölkənin tanınmış idmançıları da qoşulublar. Onların arasında olimpiya, həmçinin dünya çempionları var.

Həmçinin oxuyun

Boş qalan Batumi, 15 min dollara ev…

Pandemiya Azərbaycanın yaxın qonşusu Gürcüstanda da ciddi iqtisadi problemlər yaradıb. Turizmdən illik 2-3 milyard dollar …