Bazar , Oktyabr 2 2022
Ana səhifə / Dünya / Ermənistanda daha bir generala cinayət işi açıldı

Ermənistanda daha bir generala cinayət işi açıldı

Ermənistanda general-leytenant Calal Harutyunyana qarşı cinayət işi qaldırılıb. Onun xidməti vəzifəsinə səhlənkar münasibət göstərdiyi və bunun ağır nəticələrə gətirib çıxardığı bildirilir.

Belə ki, komitənin xüsusilə mühüm işlərin araşdırılması şöbəsində aparılan cinayət işi çərçivəsində aparılan genişmiqyaslı istintaq-əməliyyat və inzibati tədbirlər nəticəsində müəyyən edilib ki, hərbi rəhbər, general-leytenant rütbəsində olan Calal Harutyunyan elan edilmiş hərbi vəziyyət dövründə xidməti vəzifələrinə səhlənkar münasibət göstərib, onları lazımınca yerinə yetirməyib.

Qeyd olunub ki, onun əməlləri ağır nəticələrə səbəb olub, öz bölmələri canlı qüvvə və hərbi texnika baxımından külli miqdarda itki verib, ehtiyat hissələri döyüş qabiliyyətini itirib, atəş mövqeləri Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Xatırladaq ki, 44 günlük müharibədə PUA-ların hədəfinə çevrilən, ağır yaralansa da, sağ qalan Harutyunyan Ermənistan silahlı qüvvələrinin “canlı əfsanəsi” hesab olunurdu.

Bir gün əvvəl Ermənistan Respublikasının İstintaq Komitəsinin irəli sürdüyü ittihamla məhkəmə digər general Mikael Arzumanyan barədə həbs qətimkan tədbiri seçib.

Həmçinin oxuyun

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində indiyədək 399 uşaq həlak olub

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 399 ukraynalı uşaq həlak olub. APA xəbər veir ki, bu …