Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Dünya / Ermənistanda COVİD-19-a yoluxanların sayı 329-a çatdı

Ermənistanda COVİD-19-a yoluxanların sayı 329-a çatdı

Ermənistanda koronovirusa yoluxmuş xəstələrin sayı 329 nəfərdir. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, son sutka ərzində daha 39 nəfərdə COVİD-19 virusu aşkarlanıb. İndiyədək Ermənistanda cəmi 18 nəfərin müalicəsi uğurla yekunlaşıb.

Ötən gün isə 72 yaşlı qadın koronavirsdan ölüb. Onun bir sıra digər xəstəliklərdən də əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan olunub, ölkəyə giriş-çıxış məhdudlaşdırılıb. Lakin tədbirlər nəticə vermədiyindən və virusa yoluxanların sayı sürətlə artdığından 25-31 mart tarixlərində ölkə vətəndaşlarının daxildə hərəkəti tam məhdudlaşdırılıb, hətta paytaxt İrəvanın küçələrinə zirehli texnika çıxarlıb.

Həmçinin oxuyun

Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar – VİDEO

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən …