Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Dünya / Ermənistanda biznesmenlər aksiya keçirir

Ermənistanda biznesmenlər aksiya keçirir

Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olan şəxslər etiraz aksiyası keçirirlər.

Orta və xırda sahibkarlar, mağaza və dükan sahibləri Ermənistanın Vergilər Nazirliyinin nümayəndələrinin işindən narazılıq edirlər.
Səhər tezdən aksiyaya başlayan tacirlər bəyan edirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır.

“Onlar bütün şəhəri terrora bürüyürlər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar təlimatsız formada işçiləri yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun.” – deyə, etiraz edən tacirlərdən biri bəyan edib.

Aksiyanın kütləviləşdiyini görən Ermənistanın Dövlət Gəlirləri Komitəsinin başçısı David Ananyan hazırda etirazçılarla görüşə gəlib. (AzVision.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Kılıçdaroğlun FETÖ-nü dəstəkləyən erməniylə görüşü – Qalmaqal yaratdı

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ASALA və FETÖ kimi terror təşkilatlarını müdafiə edən …