Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Ermənistanda 81 nəfər koronavirusdan ölüb

Ermənistanda 81 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 359 nəfərdə koronavirus aşkarlanıb, 4nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 6 661-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4nəfər artaraq 81-ə çatıb.

Bildirilib ki, indiyədək 3 064 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 483 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …