Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Dünya / Ermənistanda ərzaq rekord həddə bahalaşıb

Ermənistanda ərzaq rekord həddə bahalaşıb

Azadlıq Radiosunun erməıni xidməti bundan bir qədər aəvvəl, ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yaymışdı. İndi isə ərzaq məhsullarının qiyməti rekord həddə qalxıb.

Avqustun 13-də yerli Statistika Komitəsinə yaydığı məlumata görə, bu ilin iyulunda ərzaq məhsullarının qiyməti, ötən ilin eyni vaxtı ilə müqayisədə 13,9% bahalaşıb.

Belə ki, otən ay, 2020 -ci ilin iyul ayı ilə müqayisədə çörək 8,6%, ət – 9,7%, yumurta – 51,3%, yağ – 15,9%, şəkər – 39,4%, konservləşdirilmiş süd 10,4% və s məhsulların qiyməti xeyli bahalaşıb.

Yerevan sakinləri AzadlıqRadiosunun erməni xidmətinə qida məhsullarının bahalaşmaqda davam etməsindən narazılıq bildiriblər.

Qeyd edək ki, Azadlıq Radiosunun erməni xidməti bundan bir qədər aəvvəl, ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yaymışdı.

Mənbənin yazdığına görə, Ermənistanda qiymətlərin stabilliyinə Mərkəzi Bank təminat verir.

Həmçinin oxuyun

Putin ermənini KTMT-yə nümayəndə təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv …