Bazar , Fevral 25 2024
Ana səhifə / Dünya / Ermənistan televiziyası katolikosun bayram müraciətini yayımlamaqdan imtina etdi

Ermənistan televiziyası katolikosun bayram müraciətini yayımlamaqdan imtina etdi

Ermənistanın ictimai televiziyası bütün ermənilərin katolikosu II Qareginin Yeni il müraciətini yayımlamaqdan imtina edib. 

Bu barədə ölkənin dini idarəsinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu, respublika müstəqillik əldə etdikdən sonra ilk dəfədir baş verir. Adətən, katolikosun təbriki ölkə rəhbərinin çıxışından əvvəl efirə gedir.

Televiziyası hələlik vəziyyəti şərh etməyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən bəri Erməni Apostol Kilsəsi ilə ölkənin hakim partiyasının nümayəndələri arasında münasibətlər nəzərəçarpacaq dərəcədə gərginləşib.

Mənbə: TASS

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …