Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Dünya / Ermənistan prezidentinə cinayət işi açıldı

Ermənistan prezidentinə cinayət işi açıldı

Ermənistanın Baş prokurorluğu prezident Armen Sarkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar cinayət işi açıb.

Bu barədə Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan “Facebook” hesabında yazıb.

Martın 30-da 53 vəkil Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığının gizlədilməsi ilə əlaqədar faktlar təqdim edib. Xüsusi İstintaq Xidməti cinayət işi açmaqdan imtina edib, vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.

Şikayət əsasında Baş prokurorluq Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, onların reallaşdırılması və ya istifadəsi) səbəbindən qərarı ləğv edib və cinayət işi başladılıb.

Azvision.az

Həmçinin oxuyun

Almaniyada Sosial Demokrat Partiyası seçkilərdə qalib gəlir

Almaniyada Sosial Demokrat Partiyası 25,7% səslə seçkilərdə qalib gəlir, Xristian Demokrat və Xristian Sosial Birliklər …