Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb

Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb

Ermənistanın Milli Məclisi Aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.

Bu barədə “News.am”a onun vəkili Akop Yenokyan bildirib.

Yenokyanın sözlərinə görə, Saqatelyan hakimiyyət əleyhinə mitinqlərin təşkilində şübhəli bilinir.

O, qeyd edib ki, məhkəmədə Saqatelyanın saxlanılmasına etiraz etməyə hazırlaşır.

Xatırladaq ki, noyabrın 10-da Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar işğalçı ölkənin ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətinə etiraz əlaməti olaraq Paşinyanın istefasını tələb edirlər. (Report)

Həmçinin oxuyun

Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

Yaponiyalı qanunvericilər noyabrın 29-da ölkə parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümünü qeyd ediblər. AZƏRTAC xəbər verir …