Şənbə , Yanvar 19 2019
Ana səhifə / Dünya / Ermənistan ordusunda fərarilik halları artır

Ermənistan ordusunda fərarilik halları artır

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir.
Beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk edib.

Xəbərdə bildirilir ki, şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər.

Hərbi hissə tərəfindən gənc əsgərin axtarışı və xidmət yerinə qaytarılması istiqamətində işlər aparılsa da, əsgərin valideynləri övladının qaçma səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasını tələb edirlər. (AzərTAc)

VIPedu.BIZ

Həmçinin oxuyun

İranın rəsmi agentliyi hamını təəccübləndirdi – “Partlayışı Necati Şaşmaz törədib” + FOTO

İran xəbər agentliyi “Press TV” Suriyada baş vermiş partlayışa görə türkiyəli aktyoru günahlandırıb. AzNews.az Türkiyə …