Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

Biz imkan verə bilmərik ki, Respublika Partiyası (RP) öz liderini qurban verərək, hakimiyyətini qoruyub saxlasın.

Bunu müxalifət lideri Nikol Paşinyan hökumətlə danışıqların ləğvindən sonra sosial şəbəkədən etdiyi video-müraciətində bildirib.

Onun sözlərinə görə, Respublika Partiyası ilə danışıqların davam etdirilməsi planlaşdırılmışdı. “Baş nazir əvəzinə, parlament sədrinə və Respublika Partiyası parlament fraksiyasının rəhbərinə 3+3 formatında görüş təklif etdim. Təklifdə bildirdim ki, danışıqlar jurnalistlərin iştirakı ilə və bizim 4 tələbimiz ətrafında aparılsın”, – Paşinyan bildirib.

Yalnız bir tələblərinin – Sarkisyanın istefası – yerinə yetirildiyini bildirən N.Paşinyan qeyd edib ki, Respublika Partiyası Sarkisyanın istefaya getməsi ilə hakimiyyəti qoruyub saxlayacağını düşünür: “Məsələ Sarkisyanın şəxsiyyətində deyil. Biz imkan verə bilmərik ki, RP-nin namizədi baş nazir olsun. RP hakimiyyətdə qala bilməz. Xalq qalib gəlib və bu qələbə möhkəmlənməlidir”.

Paşinyan sonda xalqa çağırış edib: “Xalqı vətəndaş itaətsizliyinə çağırıram. Respublika meydanında 11:00-da toplaşaq. Hərəkatda iştirak edən şəxslərdən heç biri razı olmaz ki, başladığımız iş axıra çatmasın. Bizə daha bir həftə lazımdır ki, qələbəmizi möhkəmlədək”.

Beləliklə, bundan öncə deyildiyi kimi, 25 aprel mitinqi saat 19:00-da yox, 11:00-da başlayacaq.

**

23:38(24.04)

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir: “Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.

Onun sözlərinə görə, aprelin 25-də saat 19:00-da “Respublika” meydanında mitinq keçiriləcək.

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi: “Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və sakit təhvil verməlidirlər”.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …